AŞPA prezidenti: “Ukraynada baş verənlər vətəndaş müharibəsinə bənzəyir”

AŞPA prezidenti: “Ukraynada baş verənlər vətəndaş müharibəsinə bənzəyir”
# 27 yanvar 2014 11:58 (UTC +04:00)

Strasburq. Şamil Əlibəyli – APA. “Biz Ukrayna hüquq-mühafizə orqanları və ya etiraz aksiyalarında iştirak edənlər tərəfindən törədilən bütün zorakı hərəkətlərini pisləyirik. Biz burada Ukraynada baş verən hadisələrə siyasi çözüm tapmaq üçün yığışmışıq”. APA-nın Strasburqa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu mətbuat konfransında Avropa Şurasının Parlament Assambleyanın sədri Jan Klod Minyon Ukraynada baş verən son hadisələri şərh edərkən deyib. O bildirib ki, bu ölkədə baş verənlər vətəndaş müharibəsinə bənzəyir: “Müharibə həmişə çox pisdir. Vətəndaş müharibəsi olanda, bir ölkənin vətəndaşları bir-birinə qarşı vuruşanda isə bu, daha dəhşətlidir. Biz tərəfləri məntiqli qərara gəlməyə çağırırıq. Düşünürük ki, ölkənin prezidenti düzgün qərar verəcək. Ümid edirik ki, ötən ilin dekabr ayından bəri baş verər hadisələr mümkün qədər tez bir zamanda sona çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR