Azərbaycanda sabah da yağış yağacaq - VİDEO

Azərbaycanda sabah da yağış yağacaq - <span style="color: red;">VİDEO
# 29 may 2014 09:56 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, səhər yarımadanın bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR