Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış “Khojaly Genocide” kitabçası Koreya dilində çapdan çıxıb - FOTO

Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış “Khojaly Genocide” kitabçası Koreya dilində çapdan çıxıb - <span style="color: red;">FOTO
# 29 yanvar 2014 07:09 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyev Mərkəzi tərəfindən Xocalı soyqırımı haqqında ingilis dilində hazırlanmış “Khojaly Genocide” adlı kitabça Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən Koreya dilinə tərcümə edilərək 5000 nüsxədə çap edilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, kitabçada Azərbaycanın tarixi, xüsusən də dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Dağlıq Qarabağın tarixi və mədəni tarixi abidələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı, dünya ölkələrinin parlamentləri və beynəlxalq ictimaiyyətin soyqırımı tanınması, hazırda Leyla Əliyeva tərəfindən irəli sürülmüş Xocalıya Ədalət kampaniyası (“Justice for Khojaly” Campain) haqqında məlumatlar və foto şəkillər yer alıb.

Kitabçanın Koreya Respublikasının hökumət və dövlət rəsmiləri, təhsil ocaqları, kütləvi informasiya vasitələri və ictimaiyyətinə çatdırılması nəzərdə tutulur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR