Bakıda 4 gün əvvəl adam bıçaqlayan şəxs tutulub

Bakıda 4 gün əvvəl adam bıçaqlayan şəxs tutulub
# 09 dekabr 2013 07:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 4 gün əvvəl adam bıçaqlayan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 5-i saat 22:35 radələrində G.Şıxlinski küçəsində naməlum şəxs Bakı şəhər sakini Səbuhi İmanova 3 bıçaq xəsarəti yetirib. Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 35-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Babək Mənsurov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR