Ermənistan parlamentində baş nazir Tiqran Sarkisyanın impiçment məsələsi qaldırılacaq

Ermənistan parlamentində baş nazir Tiqran Sarkisyanın impiçment məsələsi qaldırılacaq
# 15 mart 2014 09:54 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistan parlamentində dörd qeyri-koalisiya qüvvəsi baş nazir Tiqran Sarkisyanın impiçment məsələsini qaldırmaq niyyətindədir.

APA-nın “Aykakan jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, bu məsələ Ermənistan Milli Məclisinin aprelin 28-də keçiriləcək iclasının gündəliyinə daxil ediləcək.

Qəzet yazır ki, həmin qüvvələr aprelin 28-ni baş nazirə impiçment elan olunacağı gün hesab edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR