Xaçmazdakı qədim insan məskəni məhv olmaq təhlükəsi ilə üz-üzədir - FOTOSESSİYA

Xaçmazdakı qədim insan məskəni məhv olmaq təhlükəsi ilə üz-üzədir - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2014 07:06 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonu ərazisində yerləşən, təxminən e.ə IV min illiyə aid Sərkərtəpə Kür-Araz mədəniyyətinə aid insan məskəni məhv olmaq təhlükəsi ilə üz-üzədir. Belə ki, həmin ərazi mühafizə olunmadığından və təmizlik işləri aparılmadığından tarixi abidə baxımsız vəziyyətdədir. Xaçmaz rayonu sakin Sərxan Nuriyevə məxsus pay torpağında aşkar edilən tarixi abidə uzun müddət nəzarətsiz qaldığından qəbirlərdən çıxan sümükləri torpaq sahibi basdırıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, abidənin yerləşdiyi sahədə süni göl yaradılıb və kafe inşa olunub. Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aqil Əlisultanovun APA-ya verdiyi məlumata görə, ərazidə buranın qədim arxeoloji abidə olması barədə xüsusi lövhələr asılacaq. Artıq bununla bağlı nazirliyə müraciət olunub.

Qeyd edək ki, Sərkərtəpə ən qədim yaşayış məskənlərindən biridir. Burada çiy kərpicdən inşa olunan 5 dairəvi formalı bina, saxsı qablar, vazalar, yanmış buğda, daş balta, misdən hazırlanan bəzək əşyaları və xəncər tapılıb.

Onu da qeyd edək ki, Xaçmaz rayonunda 62 tarixi abidə qeydiyyatdadır. Qaraqutdu kəndində yerləşən XIV əsrə aid məscidin əsaslı təmirə, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) və kilsənin isə bərpa olunmasına ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR