İran xarici işlər naziri İran parlamentində hesabat verəcək

İran xarici işlər naziri İran parlamentində hesabat verəcək
# 27 noyabr 2013 10:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran parlamentinin açıq toplantısında hesabat verəcək.

APA-nın İRİB-ə istinadən məlumatına görə, M.C.Zərif yığıncaqda əsasən İranla “altılıq” ölkələri arasında Cenevrədə aparılan son nüvə müzakirələri ilə bağlı ətraflı məlumat vermək və millət vəkillərinin suallarını cavablandıracaq.

İran xarici siyasət idarəsinin rəhbəri Cenevrə razılaşmasının detallarını açıqladıqdan sonra deputatlar öz fikirlərini bildirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR