Amerika və Avropanın fond bazarlarında əsas indekslər yüksəlib

Amerika və Avropanın fond bazarlarında əsas indekslər yüksəlib
# 19 iyun 2013 07:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 15 318 bəndədək, S&P 500 0,8% - 1 652 bəndədək, Nasdaq 0,9% - 3 482 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında iyunun 18-də FTSE 100 indeksi 0,7% - 6 374 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 230 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,2% - 3 860 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 365,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3391 (-0,01%) dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR