Azərbaycanda həkimlərin işə qəbulu üzrə növbəti müsabiqə başlayıb

Azərbaycanda həkimlərin işə qəbulu üzrə növbəti müsabiqə başlayıb
# 17 dekabr 2013 11:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlər üçün növbəti vakant yerlər elan olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, bu dəfə müsabiqəyə 38 ixtisas üzrə 2112 vakansiya çıxarılıb. Həkim kimi çalışmaq istəyənlər saytdakı müvafiq bölməyə daxil olaraq sənəd verə bilərlər. Onlar yanvarın 10-dək müvafiq sənədlərini müsabiqəyə təqdim etməlidirlər. Həkimlərin işə qəbulu üzrə müsabiqə iki mərhələdə keçirilir. İlk mərhələ olan test imtahanında keçən namizədlər müsahibədə iştirak edirlər. Hər iki mərhələdən keçən həkimlər isə müvafiq ixtisaslarda işə qəbul olunurlar.

Qeyd edək ki, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR