Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının toplantısına qatılacaq

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının toplantısına qatılacaq
# 27 may 2014 15:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. NATO Parlament Assambleyasının (PA) yaz sessiyasının yeri, vaxtı və gündəliyi açıqlanıb.

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev və Tahir Süleymanov qurumun yaz sessiyada iştirak edəcəklər. Sessiya mayın 29-dan iyunun 2-dək Litvanın paytaxtı Vilnüsdə keçiriləcək. Toplantıda NATO-nun baş katibi və Şimali Atlantika Şurasının sədri Anders Foq Rasmussen çıxış edəcək və iştirakçıları maraqlandıran sualları cavablandıracaq. Assambleyanın təşkilati işlərinə baxıldıqdan sonra plenar iclas işini yekunlaşdıracaq.

Qurumun İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Elm və texnologiya, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, Daimi komitələrində dünyadakı siyasi vəziyyətin ən aktual məsələləri müzakirə olunacaq. Məruzəçilər Avropanın enerji təhlükəsizliyi ilə bağlı Xəzər dənizinin və Şərqi Aralıq dənizinin təbii qaz potensialına xüsusi diqqət yetirəcək, Ukraynadakı vəziyyəti, Gürcüstanın avroatlantik inteqrasiyasını, Suriyadakı vətəndaş müharibəsinin regional və qlobal nəticələrini təhlil edəcəklər.

Sessiyada “NATO tərəfdaşlıqları və alyansın açıq qapı siyasəti”, “NATO 2014-cü ildən sonra”, “Asiyaya münasibətdə dəyişən ABŞ və Avropa yanaşmasının iqtisadi müstəviləri” və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR