Bakı Metropoliteninin yeni korpusunda son tamamlama işləri aparılır

Bakı Metropoliteninin yeni korpusunda son tamamlama işləri aparılır
# 25 dekabr 2013 10:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropolitenin gələn il istismara veriləcək korpusunda artıq son tamamlama işləri yekunlaşmaqdadır. Hazırda binanın foyesində son tamamlama işləri aparılır.

«APA-Economics»in Metropolitenə istinadən verdiyi məlumata görə, bu vaxta qədər geniş iclaslar «Rabitə evi»nin kiçik salonunda təşkil edilirdisə, 5 min nəfərdən artıq işçisi olan müəssisənin artıq istənilən rəsmi-bədii görüşləri keçirmək üçün geniş və müasir salonu olacaq.

«Dispetçer məntəqələri də tam hazır sayıla bilər. Enerji, sanitar və eskalator dispetçer məntəqələri də tam hazır vəziyyətə gətirilib. Sistemlər metropolitenin bütün qovşaqları ilə əlaqələndirilib, ilk əmrləri qəbul etməyə, komanda mərkəzinə çevrilməyə tam hazırdır», - deyə müəssisənin məlumatında bildirilir.

Bütün dispetçer mərkəzlərində yeni sistem qurulub. Bu sistem kabellərdə damarların az olması, lakin işçi qabiliyyətinin və funksionallığının çox olması ilə fərqlənir.

Korpusda rabitə ilə bağlı bütün işlər tamamlanıb. Yeni ATS peşəkar imkanları ilə seçilir. Paylama yeşikləri və yuvalarının çoxluğu ilə seçilən yeni sistem hazırda metropolitenin ehtiyaclarını tam ödəməyə hazırdır. Funksionallığı bütün müasir sistemləri əhatə edən yeni ATS-də gələcəkdə qeyd edilən yuvaların sayını istənilən qədər artırmaq mümkündür. Onun 4 mindən artıq abunəçiyə xidmət göstərmək imkanı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR