Azərbaycanda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyənləşib - SİYAHI

Azərbaycanda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyənləşib - <span style="color: red;">SİYAHI
# 09 dekabr 2013 07:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti ‘Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında” 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” yeni redaksiyada təsdiqlənib.

Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar. Rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri və Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyən edilir. Rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir. Rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsili və elmi müəssisələrdə və ya Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində təşkil edilir. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu qaydaların əlavəsi ilə müəyyən edilir. Rezidenturada təhsil proqramında auditoriya tədris yükü həftədə 6 saatdan çox olmamalıdır. Rezidentura təhsil proqramları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və bu təhsil proqramları əsasında tədris planları hazırlanır. Rezidentin fərdi iş planları rezidentura hazırlığını həyata keçirən müəssisələrin müvafiq elmi (tibbi) şuralarının iclaslarında təsdiq edilir. Rezidentin hazırlığına bilavasitə rəhbərliyin həyata keçirilməsi üçün klinik baza kimi müəyyən edilmiş müəssisələrdə kuratorlar təyin edilirlər. Bir kuratorun ikidən çox rezidentə rəhbərlik etməsinə yol verilmir.

Rezidenturada hazırlığın son ilində rezidentlər ixtisas üzrə təhsil proqramında müəyyən edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün rezident Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin birinə stajorluğa göndərilir. Təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır. Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidirlər. Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir. Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, fərdi iş planlarının yerinə yetirilməsinə görə kuratorun vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 manat əlavə haqq ödənilir. Bu vəsait rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir. Rezidentlər təhsil aldıqları dövrdə baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər.

Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti

İxtisasların şifri

İxtisasların adı

Təhsil müddəti

1

2

3

060901

Anesteziologiya-reanimatologiya

3 il

060902

Ümumi cərrahiyyə

5 il

060903

Neyrocərrahiyyə

5 il

060904

Plastik cərrahiyyə

5 il

060905

Ürək-damar cərrahiyyəsi

5 il

060906

Uşaq cərrahiyyəsi

5 il

060907

Otorinolarinqologiya

4 il

060908

Travmatologiya-ortopediya

5 il

060909

Onkologiya

5 il

060910

Urologiya

5 il

060911

Oftalmologiya

3 il

060912

Mamalıq-ginekologiya

5 il

060913

Psixiatriya

2 il

060914

Nevrologiya

4 il

060915

Terapiya

4 il

060916

Kardiologiya

4 il

060917

Nefrologiya

4 il

060918

Qastroenterologiya

4 il

060919

Hematologiya

4 il

060920

Dermatovenerologiya

4 il

060921

İmmunologiya

2 il

060922

Allerqologiya

3 il

060923

Yoluxucu xəstəliklər

4 il

060924

Revmatologiya

4 il

060925

Endokrinologiya

4 il

060926

Narkologiya

2 il

060927

Fizioterapiya və tibbi bərpa

3 il

060928

Ftiziatriya

2 il

1

2

3

060929

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

3 il

060930

Pediatriya

4 il

060931

Şüa terapiyası

3 il

060932

Şüa diaqnostikası

4 il

060933

Stomatologiya

3 il

060934

Üz-çənə cərrahiyyəsi

5 il

060935

Sosial gigiyena və səhiyyənin təşkili

3 il

060936

Gigiyena

2 il

060937

Mikrobiologiya

2 il

060938

Laboratoriya işi

2 il

060939

Genetika

2 il

060940

Epidemiologiya

2 il

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR