Yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyevə təbriklər gəlməkdə davam edir
# 19 oktyabr 2013 16:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, Moldova Respublikasının sabiq prezidenti (2001-2009-cu illər), Moldova Respublikasının Kommunistlər Partiyası Mərkəzi Komitəsinin sədri Vladimir Voronin prezident İlham Əliyevə təbrik ünvanlayıb: “Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Səsvermədə qazandığınız yüksək nəticə ölkə vətəndaşlarının şəxsən Sizə və Prezident vəzifəsində işinizə ən yüksək etimadın şəksiz sübutudur”.

Qafqaz Xalqları Ali Dini Şurasının Azərbaycan prezidentinə təbrikində deyilir: “Əminik ki, Sizin bütün ənənəvi dinlərə, o cümlədən islam ənənələrinə ehtiramınız, islamofobiya təzahürlərinə qarşı bütün İslam dünyasında dərin hörmət qazanmış qətiyyətli çıxışlarınız konfessiyalararası dialoqun və qarşılıqlı anlaşmanın daha da inkişaf etdirilməsi işinə sanballı töhfə olacaq.
Biz bilirik ki, hazırda müqəddəs Həcc ziyarətində olan Azərbaycan müsəlmanları ziyarət ərəfəsində sabitliyin və Vətənin inkişafının, onların dini azadlıqlarının qarantı kimi Sizə səs veriblər. Biz din xadimləri regionda həqiqi mənəvi və əxlaqi idealların, əsrlər boyu ümumi evimiz olan Qafqazın əsasını təşkil edən dəyişməz dəyərlərin bərqərar olması naminə bundan sonra da bizdən asılı olan hər şeyi edəcəyik”.

Təbrik Qafqaz Xalqları Ali Dini Şurasının sədri Allahşükür Paşazadə, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin müavini Sultan Mirzəyev, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri İsmayıl Berdiyev (Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi), Aleksandr İşein (Bakı və Azərbaycan arxiyepiskopu), İsa Xamxoyev (İnquşetiya Respublikasının müftisi), Əhməd Abdullayev (Dağıstan Respublikasının müftisi), Həzrətəli Dzasejev (Kabardin-Balkar Respublikasının müftisi), Hacımurad Qatsalov (Şimali Osetiya-Alaniya Respublikasının müftisi), Sultanəhməd Karalayev (Kalmık Respublikasının müftisi), Şafiq Pşixaçev (Beynəlxalq İslam Missiyasının prezidenti, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin Rusiyadakı nümayəndəsi, RF İctimai Palatasının üzvü), Şərafutdin Çoçayev (İmam Əbu-Hənifə adına Şimali Qafqaz İslam Universitetinin rektoru), Nurbi Yemij (Qafqaz Xalqları Ali Dini Şurasının üzvü) tərəfindən imzalanıb.

Türkiyənin Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyasının sədri Şuayip Özcan da Azərbaycan prezidentini təbrik edib: “Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənizdən çox məmnun qaldığımızı bildirirəm. Siz qardaş Azərbaycanın inkişafına və türk dünyasının birliyinə böyük töhfələr vermisiniz. Sizin bu xidmətləriniz bizi qürurlandırır. Azərbaycanın da üzvü olduğu on bir dövlətin türk müəllim qurumlarının əsas təşkilatı olan Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyası adından Sizi təbrik edirik.
Hörmətli Prezidentim, əminik ki, Sizin rəhbərliyinizlə qardaş Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da artacaq”.

Avropa İqtisadi, Ticarət, Kommersiya və Sənaye Palatası Direktorlar Şurasının sədri və Baş İcraçı Heinz Helmut Vejpustek də prezident İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: “Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Azərbaycan ilə Avropa ölkələri arasındakı əlaqələrin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır”.

Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti Qabriel Valentin Komanesku, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədrləri və İdarə Heyətinin üzvləri də Azərbaycan prezidentini təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR