Dow Jones indeksi 0,1%, S&P 500 indeksi 0,2%, Nasdaq indeksi 0,5% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 indeksi 0,2%, Nasdaq indeksi 0,5% yüksəlib
# 11 fevral 2014 06:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 802 bəndədək, S&P 500 0,2% - 1 800 bəndədək, Nasdaq 0,5% - 4 148 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi investorların gözləntiləri fonunda baş verib. Belə ki, bu gün Federal Ehtiyat Sisteminin yeni rəhbəri Canet Yellen ilk dəfə Konqresdə çıxış edəcək və bu çıxışın ölkədəki makroiqtisadi vəziyyətə və yaxın perspektivlərə həsr olunacağı gözlənilir.

Avropa fond bazarlarında fevralın 10-da FTSE 100 indeksi 0,3% - 6 592 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 9 290 bəndədək enib, Fransa CAC-40-ı isə 0,2% - 4 237 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 282,70 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3668 dollar (+0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR