Kolleclərə sənəd verən IX siniflərin əvvəlki illərin məzunlarından 9288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb

Kolleclərə sənəd verən IX siniflərin əvvəlki illərin məzunlarından 9288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb
# 01 iyul 2014 06:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri iyun ayının 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Abituriyentlər komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Onların imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmələri də mümkündür.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 14925 abituriyentdən 1249 nəfəri imtahana gəlməyib. 22 abituriyent imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub. Abituriyentlərdən 9288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. 2 abituriyent ən yüksək nəticə göstərərək 57 bal toplayıb.

İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü sayından və TQDK-nın internet saytından öyrənmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR