Moskva merinin müavini tikinti şirkətlərindən qeyri-leqal miqrantların əməyindən imtina etməyi tələb edib - YENİLƏNİB

Moskva merinin müavini tikinti şirkətlərindən qeyri-leqal miqrantların əməyindən imtina etməyi tələb edib - <span style="color: red;">YENİLƏNİB
# 18 oktyabr 2013 00:58 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Marat Xusnullin açıqlamasında Moskvada qeyri-leqal miqrantlarla fəal mübarizə aparıldığını qeyd edib.

“Mən bütün tikinti şirkətlərini, bizim tərəfdaşları xəbərdar edirəm – siz özünüz təhlil edin. Əgər sizdə belə hallar varsa, yaxşı olar ki siz özünüz onları aradan qaldırasınız, əks halda, belə hallar aşkarlandıqda siz cəzalandırılacaqsınız”, deyə Xusnullin vurğulayıb.

“Xəbərdar edirəm - büdcə hesabına həyata keçirilən tikinti işlərində qeyri-leqal miqrantlar olmamalıdır. Mən buna xüsusi diqqət yetirilməsini xahiş edirəm”, deyə mer müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR