TQDK 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərə müraciət edib

TQDK 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərə müraciət edib
# 29 avqust 2013 08:09 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR