Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin imkanları ilə tanış olacaq

 Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin imkanları ilə tanış olacaq
# 27 yanvar 2014 10:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bakıda səfərdə olan Özbəkistan müdafiə nazirinin birinci müavini, Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Şavkat Normatov Müdafiə Sənayesi Nazirliyinin (MSN) imkanları ilə tanış olacaq.

APA-nın məlumatına görə, Ş. Normatovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də MSN-in Elektron Hesablayıcı Maşınlar və «Radioquraşdırma» zavodunda olacaq.

Özbəkistan nümayəndə heyətinə Azərbaycan MSN-in müəssisələrinin istehsal imkanları, istehsal edilmiş müdafiə təyinatlı məmulatlar, hərbi texnikaların təqdimatı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR