BMT Təhlükəsizlik Şurası Rusiyanın Liviyadakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

BMT Təhlükəsizlik Şurası Rusiyanın Liviyadakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
# 05 oktyabr 2013 07:30 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. BMT Təhlükəsizlik Şurası oktyabrın 2-də Rusiya Federasiyasının Liviyadakı səfirliyinə hücumu qətiyyətlə pisləyərək bu ölkə hökumətini səfirliyin və diplomatik personalın mühafizəsini təmin etməyə çağırıb. APA-nın xəbərinə görə, TŞ üzvləri bu hücumla bağlı dərin narahatlıqlarını bildirərək günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıblar. Bəyanatda diplomatik məkanların toxunulmazlığı haqda təməl prinsip və hər bir dövlətin öz ərazisindəki diplomatik təmsilçiliklərin müdafiəsi üçün bütün tədbirləri görməli olduğu xatırladılır. Bu öhdəliklər 1961-ci ildə imzalanmış diplomatik əlaqələrə dair Vyana Konvensiyasında və 1963-cü ildə imzalanmış konsulluq münasibətlərinə dair Vyana Konvensiyasında əksini tapıb.

Qeyd edək ki, oktyabrın 2-də Rusiyanın Tripolidəki səfirliyi bir qrup silahlı şəxsin hücumuna məruz qalıb. Buna oktyabrın 1-də Rusiya vətəndaşı olan qadın tərəfindən liviyalı bir zabitin öldürülməsi səbəb olub. Silahlılar səfirliyin ərazisində daxil olublar. Səfirlik əməkdaşları və onların ailələri gizlənə biliblər. Onlar daha sonra Liviyadan çıxarılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR