Rusiya paytaxtında ilk dəfə tarixi karnaval keçirilib - FOTOSESSİYA

Rusiya paytaxtında ilk dəfə tarixi karnaval keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyun 2013 13:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında ilk dəfə tarixi karnaval keçirilib. APA-nın Moskva müxbiri xəbər verir ki, “Mahalların Paradı” (“Parad okruqov”) adlı tarixi karnaval “Rusiya Günü” bayramına həsr olunub.

Karnaval Puşkin meydanından başlayıb. Daha sonra karnaval iştirakçıları Tver və Teatralnaya küçələri ilə hərəkət edərək Lubyanka meydanına gəliblər. Karnavalın axşam saat 22:00-a qədər davam etməsi nəzərdə tutulub.

Karnavalda Moskvanın müxtəlif rayonlarından artistlər və həvəskar sakinlər iştirak ediblər. Karnaval iştirakçıları Rusiya tarixinin 12 əsas dövrünü əks etdirən geyimləri və müxtəlif atributları nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR