Bakıdakı 268 saylı xüsusi məktəbdə autistik sindromu olan uşaqlar üçün zalın açılışı olub - FOTO

Bakıdakı 268 saylı xüsusi məktəbdə autistik sindromu olan uşaqlar üçün zalın açılışı olub - <span style="color: red;">FOTO
# 16 sentyabr 2013 08:35 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Bakının Nəsimi rayonunda yerləşən 268 saylı xüsusi məktəbdə dərs ilin başlanmasına və autistik sindromu olan uşaqlar üçün zalın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılışda məktəbin direktoru Seyfəddin Mustafayev, Polşanın Azərbaycandakı səfirliyin əməkdaşları iştirak ediblər. Təntənəli açılışını bildirən lentin kəsilməsindən sonra məktəb müəllimləri, səfirliyin əməkdaşları və uşaqlar bütün təchizatı ilə təmin edilmiş zal ilə tanış oldular.

Daha sonra çıxış edən məktəb direktoru S.Mustafayev bildirib ki, məktəb Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın dəstəyi nəticəsində əsaslı təmir olunub. Qeyd olunan zal isə Polşanın Azərbaycandakı səfirliyinin köməkliyi ilə qurulub.

Polşanın Azərbaycandakı səfirliyin konsulu Miroslav Vişnievski isə bildirib ki, zalın açılması 268 saylı məktəblə bağlı iki hissəli proqramın birinci layihəsidir: “Noyabr ayında biz məktəbi avtobusla təmin etməyi planlaşdırırıq. Eyni zamanda Polşadan dəvət olunacaq müəllimlərlə birgə tədris prosesini təşkil edəcəyik ki, iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilsin. Polşa bu sahədə geniş təcrübəyə malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR