Bakıda 20 yaşlı qız dəm qazından boğularaq ölüb

Bakıda 20 yaşlı qız dəm qazından boğularaq ölüb
# 26 noyabr 2013 16:40 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Nizami küçəsi, ev 23 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Leyla Gülbudaq qızı Xəlilova dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR