ABŞ-ın AEBA-dakı nümayəndəsi: “İrandan konkret addımlar atmağı tələb edirik” - FOTO

ABŞ-ın AEBA-dakı nümayəndəsi: “İrandan konkret addımlar atmağı tələb edirik” - <span style="color: red;">FOTO
# 12 sentyabr 2013 10:20 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz İranın nüvə proqramında xoşagəlməz inkişafa şahidik”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Jozef Makmanus bildirib.

Onun sözlərinə görə, ABŞ prezident Həsən Ruhanidən İranın nüvə proqramı ilə bağlı dünya ictimaiyyətini narahat edən məsələləri aradan qaldırmaq üçün konkret addımlar atmağı tələb edir: “ABŞ dünya ictimaiyyətinin narahatlığının diplomatik yolla həllinə nail olmaq üçün İranın yeni hökuməti ilə əməkdaşlığa hazırdır. Ancaq bunun üçün rəsmi Tehran nüvə proqramı ilə bağlı yaranmış suallara cavab verməlidir. Biz İranın yeni hökumətinin növbəti aylarda şəffaflıq üçün konkret addımlar atacağına və əməkdaşlıq göstərəcəyinə ümid edirik. Hazırda həssas dövrdəyik və İrandan dünya ictimaiyyətini narahatlığını aradan qaldırması üçün zəruri addımlar atmasını istəyirik”.

Səfir deyib ki, İran əvvəlki və sonrakı nəsil sentrifuqaların quraşdırılması işini davam etdirir: “Eyni zamanda uranın zənginləşdirilməsi gücünü artırıb. Bu addımlar isə İranın nüvə fəaliyyətləri haqqında narahatlıqların artmasına səbəb olur ki, bu da xoşagəlməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR