WTI markalı neftin ucuzlaşması davam edir

WTI markalı neftin ucuzlaşması davam edir
# 23 sentyabr 2013 06:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,72 dollar və ya 1,1% azalaraq 1 barelə görə 104,67 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 20-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,46 dollar və ya 0,4% artaraq 109,22 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR