Rusiya və ABŞ Suriya böhranının həll edilməsi üçün birgə beynəlxalq konfrans keçirmək haqqında qərara gəlib

Rusiya və ABŞ Suriya böhranının həll edilməsi üçün birgə beynəlxalq konfrans keçirmək haqqında qərara gəlib
# 08 may 2013 01:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya və ABŞ Suriya böhranının həll edilməsi üçün birgə beynəlxalq konfrans keçirmək haqqında qərara gəlib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün amerikalı həmkarı Conn Kerri ilə keçirdiyi birgə brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya və ABŞ Suriya hakimiyyəti ilə müxalifəti arasında dialoqu genişləndirmək barədə razılığa gəliblər: “Bu məqsədlə mümkün ki, may ayının sonunda keçən ilin iyun ayında keçirilən Cenevrə görüşünün davamı olaraq beynəlxalq konfrans keçirmək qərarına gəlmişik.

Rusiya və ABŞ Suriya müxalifəti ilə hakimiyyətini dialoq aparmağa həvəsləndirəcəklər ki, onlar münaqişənin siyasi həll yolunu tapsınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR