Elmar Məmmədyarov Sent Vinsent və Qrenadinin baş naziri ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Sent Vinsent və Qrenadinin baş naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 08:48 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Sent Vinsent və Qrenadinin baş naziri Ralf Qonsalves ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş nazir Ralf Qonsalves Bakıya səfərini xatırladaraq Azərbaycanda dinamik inkişaf və tərəqqinin şahidi olduğunu vurğulayıb.

Azərbaycan ilə müxtəlif sahələrdə, xüsusən də sərmayələrin qoyuluşu, turizm və infrastruktur layihələri kimi istiqamətlər üzrə əməkdaşlıq üçün imkanların mövcud olduğunu qeyd edən Baş nazir Qonsalves, azərbaycanlı iş adamlarının ölkəsinə səfərinin təşviq edilməsini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR