Gəncə sakini elektrik mişarının üstünə düşüb

Gəncə sakini elektrik mişarının üstünə düşüb
# 16 may 2013 14:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə sakini evində işləyən zaman bədbəxt hadisənin qurbanı olub.

Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, 1964-cü il təvəllüdlü Gəncə şəhər sakini Rövşən Həsənov evində təmir işləri aparan zaman huşunu itirərək əlində olan elektrik mişarının üstünə düşüb. Alnından xəsarət alan 49 yaşlı R.Həsənov yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR