Azərbaycanda ötən ay yerli dəmir yolu daşımaları bahalaşıb

Azərbaycanda ötən ay yerli dəmir yolu daşımaları bahalaşıb
# 10 oktyabr 2013 12:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1%, sərnişindaşıma tarifləri isə 0,7% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,2%, idxal üzrə 4,1% və tranzit üzrə 0,8% ucuzlaşıb, yerli əlaqə üzrə isə 3% bahalaşıb. Eyni zamanda, dəmir yolu ilə MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,3% ucuzlaşıb.

Boru kəməri vasitəsilə qazın və neftin nəql olunma tarifləri üzrə, həmçinin, avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə dəyişiklik müşahidə olunmayıb.

Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,9%, digər xarici ölkələrə isə 4,1% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR