Bakıda baş verən yol qəzasında polis rəisinin sürücüsü ölüb - VİDEO

Bakıda baş verən yol qəzasında polis rəisinin sürücüsü ölüb - <span style="color: red;">VİDEO
# 10 aprel 2014 07:47 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı dairəvi yolunda qeydə alınıb.

Bakı şəhər sakini, polis serjantı, 1979-cu il təvəllüdlü Rafiq Abbasovun idarə etdiyi 10 AA 104 dövlət nömrə nişanlı “Hyundai - Sonata” markalı avtomobil “Hyundai-Tucson” markalı avtomobillə toqquşub. Nəticədə R.Abbasov hadisə yerində ölüb.

Qeyd edək ki, R.Abbasovun idarə etdiyi maşın Səbail Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR