Azərbaycanın nəqliyyat infrastrukturuna son 10 ildə 20 mlrd. dollar sərmayə qoyulub

Azərbaycanın nəqliyyat infrastrukturuna son 10 ildə 20 mlrd. dollar sərmayə qoyulub
# 12 iyun 2014 08:44 (UTC +04:00)

Bu vəsait dəmir yollarının genişləndirilməsi, yeni yolların salınması və mövcud yolların yenidən qurulması, yeni hava limanlarının tikilməsinə, yeni hava gəmilərinin alınması, bir sözlə, nəqliyyatın bütün sahələrinə yatırılıb.

APA-Economics”in xəbərinə görə, bunu Bakı Ekspo Mərkəzində XIII beynəlxalq nəqliyyat, tranzit və logistika (TransCaspian 2014) IV Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (Road and Traffic 2014) sərgilərinin açılışında çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, son ildə ölkədə 9 mindən artıq avtomobil yolu qurulub və yenidən bərpa olunub.

Nazir müavini nəqliyyat sektorunda layihələr həyata keçirilməsində nüfuzlu beynəlxalq şirkətlərin də iştirak etdiyini vurğulayaraq, onların da ölkənin bu sektoruna öz töhfələrini verdiklərini bildirib.

M. Pənahov bildirib ki, artıq Azərbaycan şirkətləri də xaricdə nüfuz qazanıb və digər ölkələrdən də daha fəal şəkildə layihələrdə iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR