ABŞ konqresmeni Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib

ABŞ konqresmeni Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib
# 07 iyun 2013 07:12 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen bəyanatda Azərbaycanın əvvəl İraq, indi isə Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlara töhfəsini xüsusi qeyd edib.

O, Azərbaycanın terrorçuluğa qarşı mübarizə sahəsində 12 beynəlxalq konvensiyaya qoşulduğunu və bu sahədə regional sazişlər, NATO və ATƏT kimi beynəlxalq qurumlar vasitəsilə əməkdaşlıq etdiyini bildirib.

Konqresmen Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR