Zaqatalada “Vergi dostları” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

Zaqatalada “Vergi dostları” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
# 04 iyun 2014 22:01 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov, 13 saylı Ərazi Vergi İdarəsinin məsul şəxsləri, yerli icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının nümayəndələri, Balakən, Zaqatala və Qax rayonlarından olan vergi ödəyiciləri, “Vergi dostları” layihəsinin iştirakçıları və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq, Azərbaycanda 2013-2020-ci illərdə vergi siyasətinin əsas istiqamətləri, ölkəmizin vergi sisteminin real vəziyyəti və onun perspektiv inkişaf təmayülləri haqqında dəyirmi masa iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, Vergilər Nazirliyi vergilərə dair problemlərin açıq dialoq şəraitində müzakirəsi uçun geniş imkanlar yaradır və bu yeni platforma olduqca səmərəli nəticələr verir. Məqsəd milli vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması və ən müasir texnoloji əsaslarda inkişaf etdirilməsi ilə bağlı vergi ödəyiciləri və vergi orqanı əməkdaşlarının iştirakı ilə qarşılıqlı etimad şəraitində müzakirələrin aparılmasıdır.

Tədbirdə vurğulanıb ki, ərazi vergi idarələrinin və Vergi ödəyicilərinin xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması da Vergi Nazirliyinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün optimal və bütün tərəflər üçün faydalı hallar tapmağa yardımçı olan layihələrdən biridir.

Qeyd olunub ki, indiyədək respublikanın 53 rayonu üzrə 1541 nəfər müəllimə müvafiq təlim keçilmiş və “Vergi dostu” sertifikatı təqdim olunub. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır. Daha sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər barədə ətraflı məlumat verib, “Vergi dostları”na uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR