ÜST bəzi ölkələrdə poliomielit xəstəliyinin yayılmasından narahatdır

ÜST bəzi ölkələrdə poliomielit xəstəliyinin yayılmasından narahatdır
# 06 may 2014 07:50 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə poliomielit xəstəliyinin yayılması hallarından narahatdır. Həkimlər hesab edir ki, ciddi müdaxilə olmadan xəstəlik yayılması davam edəcək.

APA-nın BMT Xəbərlər Mərkəzinə istinadən verdiyi məlumata görə, ÜST-yə üzv ölkələr qərara gəliblər ki, virusun aşkar edildiyi ölkələrdə təcili tədbirlər görülməlidir. Əks halda xəstəlik qonşu ölkələrin ərazisinə keçə bilər.

Ekspertlər düşünürlər ki, Kamerun, Pakistan və Suriyada virusun peyda olması onun digər ölkələrə keçməsinə səbəb ola bilər. Bu üzdən onlar bu ölkələrin bütün sakinlərinin peyvənd olunmasını vacib sayırlar.

ÜST həmçinin virusun aktiv olduğu, lakin hələlik qonşu ölkələrə keçmədiyi dövlətlərin siyahısını hazırlayıb. Bunlar Əfqanıstan, İsrail, İraq, Nigeriya, Somali, Ekvatorial Qvineya və Efiopiyadır.

Qeyd edək ki, poliomielit virusuna adətən 5 yaşınadək olan uşaqlar tutulur. 200-dən nəfər xəstə uşaqdan biri iflic olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR