«VTB Azerbaijan»ın problemli kreditləri kəskin artıb

«VTB Azerbaijan»ın problemli kreditləri kəskin artıb
# 24 oktyabr 2013 13:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «VTB Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 166,388 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 dəfə çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,9 dəfə artaraq 148,973 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 76,016 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə olan göstəriciyə nisbətən 3,4 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 3,1 dəfə artaraq 5,019 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,2 faiz bəndi artaraq 3,4%-ə çatıb.

Bankın depozit portfeli son bir ildə 3,6 dəfə artaraq 17,484 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 6,534 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 2,3 dəfə artaraq 31,395 mln. manat, o cümlədən nizamnamə kapitalı 58,0% artaraq 37,585 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,8 dəfə artaraq 7 558, o cümlədən fiziki şəxslərin sayı 2,9 dəfə artaraq 7 542, hüquqi şəxslərin sayı 3,1 dəfə azalaraq 16 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 1 102-yə bərabər olub ki, bu da illik müqayisədə 4,9 dəfə çoxdur.

Hazırda bankın ölkə üzrə 4 filialı, 5 bankomatı, 5 POS-terminalı fəaliyyət göstərir. Bankın 240 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR