Avropa Parlamentinin üzvü: “ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğvi ilə razılaşmır”

Avropa Parlamentinin üzvü: “ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğvi ilə razılaşmır”
# 22 oktyabr 2013 11:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Hans Svoboda İrana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, Avropa Parlamentinin sosialistlər qrupunun rəhbəri bildirib ki, Avropa Birliyi İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğv edilməsinin tərəfdarı olsa da, ancaq ABŞ bununla razılaşmır: “Lakin biz İrana qarşı tətbiq olunmuş dərman sanksiyalarını qəbuledilməz hesab edirik”.

H.Svoboda İranın Suriya və Əfqanıstanda sabitliyin bərqərar edilməsindəki roluna da toxunub: “Biz bu rolu yaxşı başa düşürük. İranın narkotik maddələrin tranziti ilə mübarizədəki rolu da nəzərəçarpacaq dərəcədədir. İran hətta Misirdə də stabilliyin bərqərar olunmasında rola malikdir”.

Qeyd edək ki, Avstriya Sosial-Demokrat Partiyasının sədrinin rəhbərlik etdiyi üç nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 19-dan İranda səfərdədir. H.Svoboda İranda Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra bu ölkəyə səfər edən Avropanın ilk yüksək ranqlı rəsmisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR