“Baku Steel Company”də bədbəxt hadisə baş verib

“Baku Steel Company”də bədbəxt hadisə baş verib
# 11 fevral 2014 07:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Baku Steel Company” MMC-də ölüm hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən qeydə alınıb. Zavodun tavanında təmir işləri aparan fəhlə, 1985-ci ildə Qafarov Qadir Akif oğlu hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma – ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdıralar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR