Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - FOTO

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 16:59 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Ombudsmanın Cəlilabad Regional Mərkəzi 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar rayonun Alar kənd 1, 2 və 3 saylı orta məktəblərinin müəllim və şagirdlərinin, eləcə də valideynlərin iştirakı ilə “İnsan hüquqları” mövzusunda praktik seminar keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən Mərkəzin rəhbəri Ziya İsmayılov insan hüquqlarının yaranması, mahiyyəti, “BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt”, “Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt”, ölkəmizdə bu mühüm sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması, fəaliyyəti və digər müddəalar barədə geniş söz açıb.

Böyük maraq doğuran tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsinin metodisti Vaqif Süleymanov, Heydər Əliyev adına 1 saylı Alar kənd orta məktəbin direktoru Saməddin Kərimov, 2 saylı Alar kənd orta məktəbin direktoru Həsənağa Əliyev, 3 saylı Alar kənd orta məktəbin direktoru Elxan Qarayev və valideynlər çıxış edərək, bu cür seminarların şagirdlərin dünyagörüşünün, hüquqi biliklərinin artmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirməklə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya və qurumun bütün əməkdaşlarına minnətdarlıqlarını çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR