Hakan Şükür AKP-dən istefa verib

Hakan Şükür AKP-dən istefa verib
# 16 dekabr 2013 19:16 (UTC +04:00)

Bakı-APA. Türkiyənin tanınmış futbolçusu, hakim AKP-dən millət vəkili seçilmiş Hakan Şükür partiyadan istefa verdiyini açıqlayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, H.Şükür bundan sonra deputat fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bildirib.

O, AKP-dən ayrılmasını hazırlıq kurslarının bağlanması ilə əlaqələndirib. “AKP son 11 ildə Türkiyədə çox uğurlara və islahatlara imza atıb. Məni tanıyan hər kəs, xüsusən də baş nazir bilir ki, siyasi fəaliyyətim zamanı maddiyyat baxımından heç bir gözləntim olmayıb. Lakin hazırlıq kursları məsələsində anlaşılmaz mövqelər olub və bu vicdanlı insanları incidib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR