Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək
# 28 noyabr 2013 07:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ay Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, dekabrın 5-də Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şentsin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstriya Biznes Forumu keçiriləcək.

Biznes foruma tikinti, neft-qaz, İKT, yüngül sənaye, kimya sənayesi, maşınqayırma, qida sənayesi üçün avadanlıq, logistika, havalandırma sistemləri, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-ə yaxın Avstriya şirkətinin qatılacağı gözlənilir.

Azərbaycanlı sahibkarlar və iş adamları forumda iştirak etməyə dəvət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR