Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurub

Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurub
# 05 sentyabr 2013 15:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə Fondun 2013-cü il iyunun 24-də elan etdiyi üçüncü qrant müsabiqəsinin yekunları, maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasının təsdiq olunması və cari məsələlər daxil edilib.

Şura sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov iyunun 27-dən avqustun 12-dək gənclər təşkilatları və gənc vətəndaşlar tərəfindən Fonda təqdim edilmiş layihələr haqqında ümumi məlumat verib, bəzi statistik göstəriciləri Şura üzvlərinin diqqətinə çatdırıb. Müzakirələr nəticəsində Müşahidə Şurası “A” kateqoriyası (yerli layihələr) üzrə 139, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 9, “C” kateqoriyası (fərdi layihələr) üzrə 182 layihənin (cəmi 330 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qeyd edilib ki, üçüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin sayı əvvəlki müsabiqə ilə müqayisədə təxminən iki dəfə artıb (Qrant müsabiqəsinin yekunları sentyabrın 7-də Gənclər Fondunun saytında yerləşdiriləcək).

Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasını Şura üzvlərinin diqqətinə çatdırıb. Bildirilib ki, yeni müqavilə forması Fond və qrant alan resipiyentlər arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayacaq.

Cari məsələlər sırasında Fondun fəaliyyətinə aid bir sıra təklif və qeydlər nəzərə alınmışdır. Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR