Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayrılıb

Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayrılıb
# 30 avqust 2013 16:42 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, son 10 ildə Sabirabad rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, əsas kapitala yönəldilmiş investisiya 170,3 dəfə, o cümlədən tikinti quraşdırma işləri 194,3 dəfə artıb, Olimpiya İdman Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilib, Gənclər Mərkəzi əsaslı təmir olunub, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, sutəmizləyici qurğular quraşdırılıb, avtomobil yolları çəkilib, körpülər salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR