«Bolkart» üzrə ödəmə müddəti artırılıb

«Bolkart» üzrə ödəmə müddəti artırılıb
# 27 dekabr 2013 09:09 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC «Bolkart» üzrə ödəmə müddətini əlavə 3 ay artırıb. Belə ki, dekabrın 27-31-də «Bolkart»ın 1 aylıq ödəmə müddətli olan tərəfdaş mağazalarda 3 ay, 3 aylıq ödəmə 6 ay, 6 aylıq ödəmə 9 ay, 12 aylıq ödəmə isə 15 ay olacaq.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Bolkart MasterCard» sahibləri isə tərəfdaş olmayan digər mağazalarda da alış-veriş edib növbəti ayın 10-dək əlavə xərcsiz ödəniş edə bilərlər.

Qeyd edək ki, «6 rəqəmli təsdiq kodu taksit 3» yazıb 8145-ə SMS göndərməklə, 4,5%-lik komissiya haqqı qarşılığında bu cür ödənişləri 3 aya bölmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR