Bakı sakininin qətlində şübhəli bilinən şəxs tutulub

Bakı sakininin qətlində şübhəli bilinən şəxs tutulub
# 13 dekabr 2013 08:40 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 2 gün əvvəl qətl hadisəsi törədən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 11-i saat 23:45 radələrində Nəsimi rayonu, Quliyev küçəsində naməlum şəxs Bakı şəhər sakini Emin İmanova bıçaq xəsarəti yetirib, yaralı Klinik Tibbi Mərkəzə daxil olub və orada ölüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini İlqar Hüseynov Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR