“Azərbaycan Dəmir Yolları”: Qatarların hərəkəti birtərəfli bərpa olunub

“Azərbaycan Dəmir Yolları”: Qatarların hərəkəti birtərəfli bərpa olunub
# 04 yanvar 2014 07:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Hacıqabul rayonun Qarasu kəndi ərazisində baş vermiş dəmir yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, yanvarın 3-də saat 22.50-də Bakı-Böyük Kəsik istiqamətinin Qarasu-Padar mənzilinin 390-cı km-də yük qatarının 7 vaqonu relsdən çıxıb. Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Qəzanın nəticələrinin aradan qaldırılmasına “Fövqəladə Hallar Qatarı” MMC-nin Hacıqabul, Yevlax bölmələrinin canlı qüvvəsi və texnikası cəlb edilib. Saat 7:15-də qatarların hərəkəti, bir yollu olmaqla, bərpa edilib. Baş vermiş hadisə nəticəsində hər iki istiqamətdə sərnişin və yük qatarlarının hərəkətində gecikmələr qeydə alınır. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR