Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə “Ukrspecexport” arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə “Ukrspecexport” arasında əməkdaşlığın inkişafı müzakirə olunub - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 16:25 (UTC +04:00)

Bakı – APA. Müdafiə sənayesi nazir Yavər Camalov noyabrın 29-da Ukraynanın “Ukrspecexport” şirkətinin baş direktoru Aleksandr Kovalenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın Müdafiə Sənayesi Nazirliyinin (MSN) saytına istinadən verdiyi məlumata görə, Y. Camalov Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə MSN-lə “Ukrspecexport” şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsinə dair geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR