Xaçmazda yüksək sürət qəzaya səbəb olub - FOTO - VİDEO

Xaçmazda yüksək sürət qəzaya səbəb olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 noyabr 2013 06:53 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Gəndob-Yala yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Sübhanov Azər Tahir oğlunun idarə etdiyi 90 ND 246 dövlət nömrə nişanlı, “VAZ-21015” markalı avtomaşın idarəetməni itirərək əks istiqamətə çıxıb.

Nəticədə “VAZ-21015” Xaçmaz şəhər sakini, 1973-cü il təvəllüdlü Nəsrullayev Bəxtiyar Balaəhməd oğluna məxsus 90 BH 717 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomaşına dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomaşınlara ziyan dəyib.

İlkin ehtimala görə, hadisəyə “VAZ-21015”-in yüksək sürətlə idarə edilməsi səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR