Xaçmazda 3 nəfəri bıçaqlayan şəxs saxlanılıb - VİDEO

 Xaçmazda 3 nəfəri bıçaqlayan şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 27 dekabr 2013 07:33 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Ötən gün Xaçmaz rayonunda 3 nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxs saxlanılıb. Xaçmaz rayon Polis Şöbəsindən (RPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, saxlanılan şəxs Xaçmaz şəhər sakini, 1997-ci il təvəllüdlü Əhmədov Elgün Dilsuz oğludur. Xaçmaz RPŞ-dən bildirilib ki, gənclər arasında sosial şəbəkələrin birində mübahisə yaranıb. Onlar bunu görüşərək həll etmək qərarına gəliblər. Görüş zamanı yaranan mübahisə isə əkiz qardaşların - 1996-cı il təvəllüdlü – Məmməd və Mustafa, onların əmisi oğlu 1993-cü il təvəllüdlü Əlinin bıçaqlanması ilə nəticələnib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR