Qala Dövlət Tarix-etnoqrafiya Qoruğunda regional təlim keçirilib - FOTO

Qala Dövlət Tarix-etnoqrafiya Qoruğunda regional təlim keçirilib - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 09:54 (UTC +04:00)

Bakı-APA. Qala Dövlət Tarix-etnoqrafiya Qoruğunda “Muzey xidməti, ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, təlim dövlətlərarası humanitar əməkdaşlıq fondunun (DHƏF-in) və UNESCO-nun birgə layihəsi çərçivəsində MDB ölkələri muzey mütəxəssisləri üçün “Muzeylərin idarə olunması-XXI əsr: UNESCO/İKOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü” regional tematik təlimlərin davamı olaraq təşkil olunub.

MDB ölkələrinin muzey mütəxəssisləri üçün YUNESKO/İKOM-un regional tematik təliminin Azərbaycanda 30 oktyabr-3 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Regional tematik təlim UNESCO-nun Moskva Bürosu və Dövlətlərarası humanitar əməkdaşlıq fondunun (DHƏF-in) birgə layihəsi, Azərbaycanda İKOM Komitəsinin rəhbərliyi ilə "Ekosfera" Sosial-Ekoloji Mərkəzi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, UNESCO işləri üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey mərkəzi, həmçinin Azərbaycan Respublikalarının Şəki rayon Administrasiyasının dəstəyi ilə keçirilir.

Regional tematik təlimin keçirilməsində məqsəd yerli tarixi-etnoqrafiya muzeylərinin sosial rolunun gücləndirilməsi, eləcə də muzeylərin ekspozisiya-sərgi fəaliyyətinə müasir standartların tətbiqi və muzey işçilərinin işinin yaxşılaşdırılması, keyfiyyətli muzey xidmətlərinin verilməsindən ibarətdir.

Təlimin rəsmi hissəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin rəisi Samir Nuriyev, UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin rəhbəri Röya Tağıyeva çıxış ediblər. Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova Respublikalarının və Rusiya Federasiyasının muzey direktorları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR