YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir - FOTO - VİDEO

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 noyabr 2013 09:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir.

APA-nın verdiyi məlumata görə, müşavirədə çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan xalqı bu il keçirilən prezident seçkilərdə növbəti dəfə prezident İlham Əliyevə inamını ortaya qoyub.

O, ötən 10 il ərzində Azərbaycanın köklü surətdə dəyişdiyini, iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Azərbaycanın dünyada hörmətinin artdığını bildirib: “Seçkilərdə vətəndaşların əksəriyyətinin prezident İlham Əliyevə səs verməsinin də səbəbi budur”.

Prezident seçkilərindən sonra ilk dəfə YAP şəhər və rayon təşkilatlarının sədrləri ilə görüş keçirildiyini deyən Ə. Əhmədov partiyanın ötən dövr ərzində prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyini, növbəti 5 ildə də belə olacağını qeyd edib.

O, müşavirədə qarşıdakı 5 ildə YAP şəhər və rayon təşkilatları, habelə partiya fəalları qarşısında duran vəzifələrin müzakirə olunacağını söyləyib.

Əli Əhmədov 2014-cü ildə bələdiyyə seçkiləri keçiriləcəyini xatırladıb, bələdiyyə seçkilərinə hazırlığın da tədbirdə müzakirə olunacağını söyləyib: “Biz 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində ən azı ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR