«Xalq Bank»in aktivləri son bir ildə 62% artıb

«Xalq Bank»in aktivləri son bir ildə 62% artıb
# 23 oktyabr 2013 12:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xaql Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 1 347,164 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 62,0% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 63,1% artaraq 1 037,778 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 53,853 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə olan göstəriciyə nisbətən 54,9% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 2,8 dəfə artaraq 38,064 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 1,5 faiz bəndi artaraq 3,7%-ə çatıb.

Bankın depozit portfeli son bir ildə 79,2% artaraq 919,456 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 321,925 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,2% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 9,3% artaraq 203,769 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,6% artaraq 183,698 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 61,9% artaraq 43 400, o cümlədən fiziki şəxslərin sayı 64,0% artaraq 41 536, hüquqi şəxslərin sayı 21,3% artaraq 1 864 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 12 843-ə bərabər olub ki, bu da illik müqayisədə 22,4% azdır. O cümlədən, debet kartların sayı 30,0% azalaraq 9 976-ə, kredit kartların sayı 16,0% artaraq 2 867-yə çatıb.


Hazırda bankın ölkə üzrə 22 filialı, 38 bankomatı, 76 POS-terminalı fəaliyyət göstərir. Bankın 480 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR